Əsas Səhifə > Partiya, Güney Press > "Əgər görüşlər səmərəli şəkildə keçirilərsə...

"Əgər görüşlər səmərəli şəkildə keçirilərsə...


29-01-2024, 08:06
"Əgər görüşlər səmərəli şəkildə keçirilərsə...
"Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda müsbət nəticələr əldə edilərsə, sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkün olacaq".

Bu sözləri politoloq Zərdüşt Əlizadə "Cebhe.info"-ya şərhində Azərbaycan ilə Ermənistanın dövlət rəsmiləri arasında sülh müqaviləsi ilə bağlı keçiriləcək növbəti görüşlər hansı nəticələr doğuracağı ilə bağlı suala cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hər iki tərəf ikitərəfli görüşlərin keçirilməsində maraqlıdır:

"Əgər görüşlər səmərəli şəkildə keçirilərsə, sülh müqaviləsinin imzalanması mümkün olacaq. Artıq bu prosesin gedişinə əngəl yaradan maneələr aradan qaldırılır. Hər iki tərəf qətiyyətlə irəliyə doğru gedir. Həm Azərbaycanın, həm də Ermənistanın cəmiyyətdə xalqı sülhə hazırlamaqla bağlı işlər görülür.

Bununla yanaşı, beynəlxalq aləmdə sülh prosesini məqsədyönlü şəkildə ləngidən qüvvələr prosesdən kənarlaşdırılıblar. Hesab edirəm ki, Azərbaycan Ermənistan ikitərəfli qaydada danışıqları davam etdirəcəklər.

Ermənistanın daxilində də müəyyən işlər görülür ki, sülh müqaviləsinə hər hansı əngəl yaranmasın. Azərbaycana gəlincə, ölkəmiz və xalqımız sülh müqaviləsinin imzalanmasında və düşmənçiliyin sona çatmasında maraqlıdır.

Hər halda sülh prosesi uğurla davam edir. Bu proses öz nəticəsini doğuracaq. Bütün bu danışıqlar zamanında öz nəticəsini görsədəcək.

O ki qaldı sülh müqaviləsinin nə zaman imzalanacağına, bunu indidən demək qeyri-mümkündür. Çünki hər iki tərəf arasında danışıqlar qapalı şəkildə aparılır".

Geri qayıt