Əsas Səhifə > Partiya, Güney Press > Makronu Azərbaycana dəvət etsinlər, görsün ermənilər burada necə yaşayır
Makronu Azərbaycana dəvət etsinlər, görsün ermənilər burada necə yaşayır1-02-2024, 11:49 |
Fransa Prezidenti Emmanuel Makronu Azərbaycana dəvət etsinlər, görsün ermənilər burada necə yaşayır. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. Deputat bildirib ki, Azərbaycanı sanksiya ilə hədələyirlər: “Sanksiyadan qorxmaq lazım deyil, çünki biz 30 ildir sanksiya altındayıq. İrana sanksiya tətbiq edirlər, İran artıq hər şeyini özü istehsal edir. Amma biz sanksiya tətbiq etsək, çöldə qalacaqlar. Bizi sanksiya ilə hədələmək lazım deyil. Rusiya vurdu Fransanı Afrikadan çıxartdı. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələr daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yolla, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?! Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlsin görsün Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı mənim əlimdə imkan olsa, mən onları təmir eləmərəm”. Geri qayıt |