Əsas Səhifə > Partiya, Güney Press > Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda monitorinqə başlayır

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda monitorinqə başlayır


4-02-2024, 10:00
Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda monitorinqə başlayır
MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri bu gündən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır.

Bizim.Media xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.

Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
Geri qayıt