Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanda seçkilər Qərbin misli görünməmiş təzyiqi altında keçirildi"
"Azərbaycanda seçkilər Qərbin misli görünməmiş təzyiqi altında keçirildi"8-02-2024, 08:45 |
Azərbaycanda seçkilər Qərbin misli görünməmiş təzyiqi altında keçirilir, burada nüfuzlu siyasi dairələr regionda mövcud olan qüvvələr balansından narazı qalıblar. Bunu Azərbaycan politoloqu İlqar Vəlizadə "RİA Novosti"yə müsahibəsində deyib. "Seçkilər Qərbin misli görünməmiş təzyiqləri altında keçirilir və burada nüfuzlu siyasi dairələr regionda mövcud olan qüvvələr balansından narazı qalıblar. Onların qərəzli bəyanatları bütün cəmiyyətdə hiddətlə qarşılanır. İnsanlar ölkənin daxili siyasətinə abırsızcasına müdaxilə etmələrindən qəzəbləndiklərini gizlətmirlər" - Vəlizadə bildirib. Onun sözlərinə görə, bundan ən çox Qarabağa və Şərqi Zəngəzura qayıdan qaçqınlar və keçmiş məcburi köçkünlər hiddətlənirlər. "Uzun illərdir ki, onların səsi eşidilməyib, heç kim onların taleyi barədə danışmayıb. İndi Azərbaycan öz ərazi bütövlüyünü zor gücünə bərpa etdikdən və bu insanlar öz doğma yurdlarına qayıtdıqda Qarabağ ermənilərinin hüquqlarının qorunmasının zəruriliyi barədə "etnik təmizləmələr" barədə səslər eşidilir. Son aylarda Azərbaycan dövləti fəal şəkildə erməni millətindən olan vətəndaşları Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağa qayıtmağa çağırıb. Bu gün onlar da səsvermə prosesinin iştirakçısına çevrilə bilərdilər. Lakin onların çoxu son onilliklər ərzində aşılanan qorxu üzündən sadəcə olaraq, bu addımı atmaqdan qorxurlar" - politoloq bildirib. Geri qayıt |