Əsas Səhifə > Partiya, Güney Press > "Bu Azərbaycan hara gedir? Mən çox narahatam"

"Bu Azərbaycan hara gedir? Mən çox narahatam"


12-02-2024, 11:49
"Bu Azərbaycan hara gedir? Mən çox narahatam"
“Apatiya” filminə baxmamışam. Belə murdar filmlərə baxmıram. Ümumiyyətlə, son dövrlər həyasızlıq bütün hədləri keçib. Təsəvvür edin, məlumatlar alıram. Televiziya aparıcıları küçədə çox biabırçı paltarda gəzirlər, bu vəziyyətdə tədbirlərdə iştirak edirlər. Valideyn nəzarəti, qorxusu yox, ailə qorxusu, tərbiyəsi yox. Bu Azərbaycan hara gedir? Mən çox narahatam”.

dia-az.life xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Milli Məclisdə 1990-cı ildən bu günə qədər çıxışlarımda gənclik üçün rəsmi mübarizə aparıram. Bundan əvvəl də ömür boyu mənəvi mübarizə aparmışam. Həm də bu, siyasi məsələdir. Ölkəmizi, mənəviyyatımızı sıradan çıxarırlar. Nəyimiz olmasa da, mənəviyyatımız, əxlaqımız var idi. Qazı, nefti Allah verib. Allahın verdiyi məhsuldur. Amma əxlaqı, mənəviyyatı min illər boyu babalarımız, nənələrimiz yaratmışdı. Bunu “Apatiya” kimi həvəsləndirici şeylərlə vurub dağıdırlar. Varlı dövlətlər, onsuz da, əxlaqsızdırlar. Texnologiya – hər şey əllərində, əxlaqsızlığı yayırlar, hamını özlərinə oxşadırlar. Çox təəssüf edirəm. Bir sıra Şərq dövlətləri, irəli getmiş dövlətlər var. Heç birində vəziyət belə deyil. Vallah, bilmirəm, necə izah edim. Güc də çatmır. Cəmiyyətin çoxluğu etiraz etmir. İnsanlar hər şeyə laqeyddirlər. Gərək, belə olmaya. Balalarımızın, övladlarımızın gələcəyidir. Bununla nə təhsil olacaq? Azərbaycan bununla nə Nobel mükafatçısı, nə mənəviyyat yetişdirəcək? Heç özümüzə məxsus filmlər çəkmirlər. Sovet filmlərinin tərbiyəsi altında, nostalgiya hissi ilə qalırıq. Belə şeylərdən çox narahatam. Heyif, heyif, heyif…”, – T.Kərimli bildirib.

Geri qayıt