Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan müxalifətinin şüurlu şəkildə birləşməsi mümkün deyil"

"Azərbaycan müxalifətinin şüurlu şəkildə birləşməsi mümkün deyil"


5-03-2014, 11:24
"Azərbaycan müxalifətinin şüurlu şəkildə birləşməsi mümkün deyil"
“Azərbaycan müxalifətinin bir araya gələ bilməməsinin ən başlıca səbəblərindən biri, ölkədə hakimiyyət tərəfindən yaradılmış anti-demokratik şəraitlə bağlıdır. Ölkədə demokratik şərait yaradılaraq şəffaf seçkilər keçirilsəydi siyasi partiyalar təbii yolla bir araya gələrdilər. Lakin belə bir şərait olmadığına görə, ölkə müxalifətinin hər hansı formada siyasi blok və ya birlik yaratmasının mənası yoxdur.”

Bu sözləri FaktXeber.com-a ADP sədri Sərdar Cəlaloğlu, son 20 il ərzində ölkə müxalifətinin dayanıqlı bir təşkilat ətrafında uzun müddətli mübarizə apara bilməməsinin səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib.

Anti-demokratik şəraitin ölkə müxalifətini deformasiyaya məruz qoyduğunu bildirən Sərdar bəy, “ona görə də birlik və həqiqi həmrəylik meylləri müxalifətdə kifayət qədər zəifdir”, - deyə qeyd etdi:

“Azərbaycanda da Şərq ölkələrində və ya Ukraynadakı hadisələrə oxşar proseslər baş verərsə, ölkə müxalifəti bir araya gələ bilər. Müxalifətin şüurlu şəkildə birləşməsi ilə, ictimai-siyasi hadisələr yönündə bir araya gəlməsi arasında fərq var. Azərbaycanda xalq hələ ki, passiv durumdadır və siyasi proseslərdə iştirak eləmir.”

Sərdar bəy onu da bildirdi ki, Avropa və Amerika bu günə qədər Azərbaycan müxalifətinə birmənalı şəkildə dəstək verməyib: “Burada həm maddi, həm siyasi, həm də ki, mənəvi dəstəkdən söhbət gedir. Bir sözlə Azərbaycandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyət ya bitərəfdir, ya da ki, hakimiyyətin yanındadır.”

Geri qayıt