Əsas Səhifə > Partiya, Güney Press > “Nazirlər Kabinetinin tərkibinin böyük dəyişiklik olmadan təsdiqlənməsi gözlənilən idi”
“Nazirlər Kabinetinin tərkibinin böyük dəyişiklik olmadan təsdiqlənməsi gözlənilən idi”19-02-2024, 12:23 |
“Nazirlər Kabinetinin tərkibinin böyük dəyişiklik olmadan təsdiqlənməsi gözlənilən idi. Çünki fəaliyyətdə olan hökumət dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi siyasi kursu uğurla davam etdirir”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. “Baş nazir cənab Əli Əsədovun hökumətə rəhbərliyi çətin bir dövrə təsadüf etmişdi. COVİD 19-la bağlı qlobal pandemiyaya görə müəyyən dövrdə çətinliklər yaşadıq. Bu dövrdə hökumət operativ qərarlar qəbul etdi. Yeni növ koronavirusa qarşı mübarizə vasitələrinin istehsalı, xüsusi xəstəxanaların yaradılması, vaksinlərin gətirilməsi, insanların və istehsal sahələrinə sosial dəstək proqramlarının qəbul edilməsi ilə ölkəmiz minimum itkilərlə çətin dövrü arxada qoya bildi. Məhz bu hökumətin fəaliyyəti dövründə torpaqlarımızda suverenlik bərpa edildi və indi də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası işləri davam etdirilir. Keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıdışı prosesinə başlanıb. O cümlədən ölkədə icbari tibbi sığorta tətbiq olunub, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən addımlar davam etdirilib. Bütün qeyd etdiyim amillər və digər məsələr köhnə hökumətin tərkibinin yenidən təsdiq olunmasını şərtləndirib. Amma dövlət başçımızın sərəncamları ilə gələcəkdə hər hansı bir sahənin fəaliyyətində problemlər yaranarsa, o sahənin rəhbərini dəyişmək mümkündür. Qeyd etdiyim amilləri nəzərə alaraq təsdiq olunmuş hökumətin tərkibinin fəaliyyətini uğurla davam etdirəcəyinə inanıram və uğurlar arzulayıram”, - deputat bildirib. Geri qayıt |