Əsas Səhifə > Partiya, Güney Press > Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur!
Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur!20-02-2024, 11:08 |
“Müəllimi qapazaltı etdiniz, arvadları evdən qaçan kişiləri el-oba arasında gülünc edib hörmətdən saldınız, qaynanalar ana kimi yox, dana kimi müamilə gördü, əl çaldınız. Bir sözlə, ayaqlar oldu baş, başlar oldu ayaq”. Modern.az xəbər verir ki, bunu sabiq deputat Gülər Əhmədova Bakıdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinin IX sinifdən məzun olmuş qıza qarşı etiyi təhqiramiz hərəkətlərdən danışarkən bildirib. Məktəbli qızların aşağılayıcı videosuna sərt reaksiya verən Gülər Əhmədova fikirlərini belə davam etdirib: “Boşanmayan gəlin qalmadı, hamısına bir ödənməyən emosional ehtiyac tapıb, ərindən ayırdınız. İndi şok keçirirsiniz? Əhməd belə vurdu, qızlar başlarda yumurta sındırır. Bəyənmədiniz? Bu, hələ jurnaldır. Kino qabaqdadır. Bir donor kişidən onlarla qadını "ana" edib, cəmiyyətə insest yaymağın bədəli olacaqdır. Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur. Onun, bunun ərindən özünə "ər, ailə" düzəldib efirdən ailə, sevgi haqqında xalqa dərs keçən narkoman, pozğun, qadın və kişilərə fanatlıq edəndə belə olmalı idi. Üzrlü sayın, biz gedərik, siz gələcəkdə çox şey görəcəksiniz. Qocalar evlərinin, yetimxanaların, qadın narkotik reabilitasiya mərkəzlərinin sayını indidən çoxaldın. Bu gün 30-40 yaşlarında olan nəslə lazım olacaqdır”. Geri qayıt |