Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan tərəfi öz təkliflərini verib"
"Azərbaycan tərəfi öz təkliflərini verib"23-02-2024, 08:27 |
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini alıb. Qriqoryan əlavə edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Həmçinin vurğulayıb ki, cari ilin 4 yanvar tarixində Ermənistan sülh müqaviləsi layihəsinə dair təkliflərini Azərbaycana təqdim edib və ötən ayın sonunda Azərbaycanın XİN rəhbəri buna yaxın həftələrdə cavab veriləcəyini vəd edib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanda görüşəcəyi, sülh müqaviləsi layihəsinin yaxın vaxtlarda XİN rəhbərləri arasında da müzakirə olunacağı bildirilib. Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan sülh danışıqlarında, müzakirələrin davam etdirilməsində hər zaman maraqlı olub. Deputat xatırladıb ki, Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan başçıları arasında görüş keçirildi və qərara alındı ki, təmaslar davam etdirilsin: "Xarici işlər nazirləri səviyyəsində uzun müddətdir müzakirələr aparılır və müəyyən razılaşmalar əldə olunub. Sənədlərin icrası üçün bəzi addımlar atılır. Azərbaycan tərəfi öz təkliflərini verib. Ermənistan tərəfindən konstruktiv mövqe gözləyirik. Rəsmi Bakının şərtləri, nə istədiyi tam aydındır. Tələb edirik ki, Ermənistan tərəfi də üzərinə düşəni yerinə yetirsin ki, yekun sülh müqaviləsini imzalaya bilək. Əlbəttə ki, bunun üçün tərəfləri təmsil edən rəsmilərin davamlı, mütəmadi görüşləri olmalıdır. İkitərəfli ünsiyyət, dialoq, görüşlər nə qədər çox o Geri qayıt |