Əsas Səhifə > Partiya, Güney Press > Rusiyanın qırmızı xətti: İrəvan cizgini aşsa...

Rusiyanın qırmızı xətti: İrəvan cizgini aşsa...


13-03-2024, 00:10
Rusiyanın qırmızı xətti: İrəvan cizgini aşsa...
Rəsmi mənbələrə görə, Ermənistan-Rusiya münasibətlərində mövcud dalğalanmalara baxmayaraq, Nikol Paşinyan may ayında Avrasiya Ali İqtisadi Şurasının 10 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Moskvaya gedə bilər.
Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına sədrliyi üzərinə götürüb. Ənənəyə görə, sədrlik edən ölkə il ərzində Avrasiya Ali İqtisadi Şurasının iclasını çağırmalıdır. Ancaq Ermənistan Rusiya lideri haqda həbs qərarı çıxaran BCM-in Roma Statutunu ratifikasiya etdiyi üçün Vladimir Putunin İrəvana səfəri mübahisəlidir.
Ona görə ehtimal edilir ki, Ermənistan iclas keçirməyəcək, əvəzində isə Aİİ-nin 10 illik yubileyi üçün N.Paşinyan Moskvaya səfər edəcək.

Məsələyə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, Ermənistan Rusiya münasibətləri əvvəlki dövrə baxdıqda kifayət qədər gərgindir:

“Amma Ermənistan Rusiyaya qarşı qırmızı xətti keçmir. Məsələn, Paşinyan KTMT-də fəaliyyətlərini dondurduqlarını desə də, Avrasiya Ali İqtisadi Şurasının 10 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Moskvaya getməyi planlaşdırır. İrəvanda iclas keçirilməsinə baxmayaraq sədirlik səlahiyyətini qoruyub saxlayır. Yəni bu bir növ erməni siyasətidir. Eyni zamanda Rusiya üçün də Ermənistan önəmli ölkədir. Ermənistanın Rusiyaya etdiyi demarşlara Moskva səbrlə yanaşır və heç bir ciddi addımlar atmır. Görünən odur ki, Rusiya Cənubi Qafqazdakı forpostunu itirmək istəmir. Ona görə də İrəvanla münasibətləri qorumağa çalışır. Amma Qərb və Rusiya qarşıdurması dərinləşsə, Ermənistan üçün seçim etmək vaxtı çatacaq. Belə olan halda isə Ermənistan qırmızı xətti keçəcək və Rusiya da təmkinini pozacaq”.

Geri qayıt