Əsas Səhifə > Partiya, Güney Press > Hakimiyyət kiminlə dialoqa getməlidir?

Hakimiyyət kiminlə dialoqa getməlidir?


8-03-2014, 10:56
Hakimiyyət kiminlə dialoqa getməlidir?
Azərbaycan siyasi sferasında zaman-zaman iqtidarla müxalifət arasında dialoqun zəruriliyi müzakirə olunur. Bundan öncə İctimai Palata, sonra isə Milli Şura əsas müxalifət kimi iqtidarın onunla dialoqa getməsini bildirdi. Artıq İctimai Palata buraxıldı, Milli Şura isə parçalanmış durumdadır. Bəs iqtidar kiminlə dialoqa getməlidir? Dialoq tərəfdaşı hansı kriteriyalarla seçilməlidir?

Politoloq Qabil Hüseynli Hafta.az-a bu məsələni şərh edərkən bildirib ki, Azərbaycandakı siyasi qüvvələrin təsnifatını aparanda parlamentdəkilər konstruktiv müxalifət anlamına uyğun gəlir: “Amma kənarda qalıb pərakəndə vəziyyətdə olan siyasilər isə radikal müxalifət kimi təsnif edilir. Azərbaycan iqtidarı tərəfindən də belə tanınır. Mükaliməni kiminlə aparmaq məsələsinə gəldikdə isə burada cəmiyyətin bütün rəngləri daxil edilir. Bura sağ, sol, mərkəzçi qüvvələr və s. aid edilir. Bütün təbəqələrin rəyi nəzərə alınmalıdır.

Parlamentdə və parlamentdən kənar qüvvələr arasında da sağ, sol və mərkəz təmayüllü qüvvələr var. Hər hansı siyasi qüvvə polemika istəyir və hakimiyyət onunla dərhal dialoqa getməlidir deyə bir dilemma yoxdur. Əgər ölkədə müəyyən qanunvericiliyin dəyişdirilməsi və ya gərgin bir vəziyyət yarandıqda mükaliməyə ehtiyac olur. İqtidar da istədiyi və əhəmiyyətli hesab etdiyi qüvvələrlə polemikaya gedə bilər”.

Q.Hüseynli Azərbaycanda iqtidarın dialoq tərəfdaşı ola biləcək qüvvələrin adlarını açıqlayıb: “Azərbaycanda sağ təmayüllü qüvvələrə AXCP, Müsavat və son zamanlar yaranan amma özünü təsdiq etməyən təşkilatlar daxildir. “El” hərəkatını nəzərdə tuturam. Mən onu hələ formalaşmış təşkilat hesab etmirəm. Sadəcə, ictimai məsələlərə öz müdaxilələri ilə imic formalaşdırmağa cəhd edirlər. Konstruktiv müxalifətə iddia edənlər də parlamentdə olanlardır”.

Geri qayıt