Əsas Səhifə > Partiya, Güney Press > "Bu, Avropa Parlamentinin ikili standartlarının göstəricisidir"

"Bu, Avropa Parlamentinin ikili standartlarının göstəricisidir"


15-03-2024, 09:37
"Bu, Avropa Parlamentinin ikili standartlarının göstəricisidir"
"Avropa Parlamentinin martın 13-də qəbul etdiyi məlum qətnamə ilə özünün bölgədə hansısa siaysi məqsədləri ilə yanaşı, Ermənstana Avropa İttifaqına üzvlüyünə namizədlik statusunu verməyə xidmət edən bir sənəddir".

Bunu "Cebhe.info"-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, sənədə səsvermənin nəticələri onu deməyə əsas verir ki, onlar Ermənistandan regiondan bir vasitə kimi istifadə edib mövqelərini daha da möhkəmləndirmək istəyirlər:

“Burada söhbət daha çox Fransanın mövqeyinin dəstəklənməsindən, Ermənistanı silahlandırılmasından gedir. Sənədə nəzər salmaqla biz aydın şəkildə Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasının və Bakı ilə Ankaraya qarşı qarayaxma kampaniyasını görərik. Sənəddə İrəvana göstərilən dəstək onu sübut edir ki, onlar Ermənistanın KTMT-dəki üzvlüyünə yenidən baxılmasını, 102-ci hərbi bazanın, ümumiyyətlə Rusiyanın bölgədən çıxarılmasına xidmət edən təməl sənədi hesab etmək olar".

Deputat bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan və Türkiyəyə qarşı absurd, heç bir fakta əsaslanmayan, uydurma itithamlar da əksini tapıb:

"Bu isə Avropa Parlamentinin ikili standartlaırnın göstəricisidir. Avropa Parlamenti əsassız iddialarla Bakı və Ankaranı Ermənistana təhdid yaratmaqda ittiham edirlər ki, bunun da heç bir əsası yoxdur.

Necə ola bilər ki, Avropa ölkələri ayrı-ayrılıqda Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünü qəbul edib, Avropanın enerji təhlükəsizliyinə olan təhdidlərin qarşısını alan və bölgənin mühüm ölkəsi kimi qeyd edirlərsə, o zaman qəbul edilən bu sənəd riyakarlığın, ikili standartın tətəbiqindən başqa bir şey deyil.

Azərbaycanın bu gün əsas niyyəti Ermənistanla ən qısa zamanda sülh sazişi imzlamaq, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması və işğal altındakı kəndlərin danışıqlar yolu ilə qaytarılmasıdır. Azərbaycanın Ermənistana hər hansı güc tətbiq etmək niyyəti yoxdur.

Avropa Parlamenti bu cür əsassız fikirlər səsləndirib qətnamə qəbul etməsi bölgədə münaqişəni yenidən qızışdırmağa xidmət edir. Əslində isə Fransa və Ermənistanın digər havadarları bu yolla bölgədə mövqelərini möhkəmləndirmək istəyirlər.

Amma bu cür taktika ilə Azərbaycan təzyiq yolunu seçmək mənasızdır. Bu yolla onlar heç nəyə nail ola bilməyəcəklər. Bundan əziyyət çəkən tərəf olacaqsa, o da Ermənistan olacaq".

Geri qayıt