Əsas Səhifə > Partiya, Güney Press > "Oğrular da sanki pul qazanmaq üçün yeni yollar axtarırlar..."

"Oğrular da sanki pul qazanmaq üçün yeni yollar axtarırlar..."


18-03-2024, 11:26
"Oğrular da sanki pul qazanmaq üçün yeni yollar axtarırlar..."
“Həqiqətən, oğrular “zerkalni” nömrələri oğurlayıb sonradan sahiblərinə baha qiymətə satırlar. Bunun qarşısını almaq birinci növbədə aidiyyəti orqanların işidir ki, oğruları tapıb cəzalandırsınlar. Məsələnin məsuliyyət tərəfini müvafiq qaydada qoymaq üçün parlamentin İnsan hüquqları komitəsində məsləhətləşmələr apararam. Qanunvericilik orqanı, Dövlət Yol Polisi və hüquqşünaslarla məsləhətləşməyə ehtiyac var”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Dünyanın hər yerində, bütün ölkələrdə istənilən sənədin - ev nömrəsinin, mobil nömrənin, maşın nömrəsinin və s. hamısının əvəzedicisini verirlər. Müəyyən arayış əsasında nömrə itmiş və ya oğurlanmış hesab olunur. Orqanların əlində qərar olandan sonra nömrənin “dublikatı”nı verməkdə çətinlik olmur. “Dublikat”ın verilməsi oğruluğun qarşısını ala bilər. Bilərlər ki, nömrəni oğurlasalar, sahibi gedib əvəzedicisini alacaq, oğurlamağın nə mənası var? Belə halda, oğurluqdan əl çəkə bilərlər. Oğrular da sanki pul qazanmaq üçün yeni yollar axtarırlar...”, - deputat bildirib.

Geri qayıt