Əsas Səhifə > Partiya, Güney Press > Krıma getmək istəyən Müsavat başqanının müavinləri zorla geri qaytarılırlar
Krıma getmək istəyən Müsavat başqanının müavinləri zorla geri qaytarılırlar10-03-2014, 13:11 |
Arif Hacılı APA-nın müxbirinə “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib “Yeni Müsavat”ın reportyoru Emil Salamoğlunun Musavat.com-a verdiyi məlumata görə, Mahaçqalada saxlanılan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı, eləcə də, Emil Salamoğlunun özü azad edilib. Lakin onlara səfərlərini davam etdirmək imkanı verilməyib. Saxlanılanlar nəzarət altında qatara mindirilərək, Bakıya qaytarılırlar. *** 11.51 Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb. Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”. Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər. Musavat.com-dan: "Yeni Müsavat"ın reportyoru Emil Salamoğlu da Müsavat başqanının müavinləri ilə birlikdə Krıma gedir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Geri qayıt |