Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək...
"Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək...22-03-2024, 09:28 |
"Azərbaycan son illər beynəlxalq təşkilatlara rəhbərlik etmək, beynəlxalq qlobal miqyaslı problemlərin həllində aktiv iştirak etmək, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etmək baxımdan uğurlu bir siyasət yürütməkdədir". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib. "Ümumiyyətlə, son illərdə iqlim dəyişikliyi, ekoloji fəlakət, ekoloji problemlərlə bağlı məsələlər beynəlxalq ictimaiyyət tərəfindən daha tez-tez və müntəzəm şəkildə müzakirə olunmaqdadır. Azərbaycan da artıq bu proseslərdə fəal izləyici deyil, fəal bir ölkə olaraq iştirakçı qismində, hətta COP29-u götürərək deyə bilərik ki, təşkilatçı qismində iştirak edir. COP29 çox böyük prosesdir, həm bu prosesin təşkili məsələsidir və özündə çox böyük məsələləri əhatə edir. İqlim dəyişiklikləri, ekoloji fəlakətlə bağlı məsələlərin müzakirə olunduğu, qərarların verildiyi ən mötəbər platformalardan bəlkə də ən mötəbəridir. Azərbaycanın bu prosesdə yer alması ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə nə qədər fəal, qətiyyətli və ardıcıl mübarizə apardığını göstərmək baxımından önəmlidir. Azərbaycan yaşıl enerjiyə keçid, bərpa olunan enerji proseslərinə keçid məsələlərini burada nə dərəcədə ardıcıl şəkildə davrandığını bir daha göstərmiş olacaq. Eyni zamanda, bu prosesə bir ölkə olaraq, baxmayaraq ki, bizim ərazimiz kiçikdir, əhalimizin sayı azdır, amma bununla belə, biz bu iqlim dəyişikliyi prosesinə böyük töhfə verdiyimizi də göstərə bilirik, göstərəcəyik. Bu dünyanın diqqətində olan bir məsələdir və artıq ölkələr də bu barədə açıqlamalar verirlər ki, bu prosesə çox əhəmiyyət verirlər və Avropa ölkələri, Çin, Rusiya və digər aparıcı ölkələr məsələlərin diqqətlərini göstərirlər. Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək, mən buna inanıram, çünki bizim buna təcrübəmiz də var. Bizim bu istiqamətdə çoxsaylı çalışmalarımız da olub. Düzdür, COP29 bunların faktiki olaraq onların ən bəlkə də böyükdür. Amma onunla bağlı məsələlər nə qədər böyük, nə qədər geniş də olsa, hesab edirəm ki, bunu yüksək səviyyədə keçirəcəyik. Biz ölkəmizin həqiqətlərini, istər ekologiya ilə bağlı həqiqətlərini, ümumiyyətlə, Azərbaycanda baş verən prosesləri, obyektiv reallığı bura gələcək şəxslərə, qonaqlara göstərə biləcəyik. Biz işğaldan azad edilən ərazilərimizi, oradakı quruculuq bərpa işlərini bir sıra məqamlarda gələn qonaqlara çatdıra bilərik. Biz ekologiya ilə bağlı mübarizədə Azərbaycanın necə ardıcıl mübarizə apardığını göstərəcəyik. Ölkəmizə qarşı Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin qaralama kampaniyası var, əleyhimizə kampaniyalar aparırlar. Bu tədbirlər, COP29-la bağlı çalışmalar bizə imkan verəcək ki, biz Azərbaycan həqiqətlərini doğru şəkildə yerindəcə, qonaqlara da çatdıra bilək. Ümumən də, bütövlükdə Azərbaycan növbəti dəfə bəşəriyyəti narahat edən belə bir önəmli prosesə töhfə vermiş olacaq, aktiv iştirak etmiş olacaq və bu istiqamətdə Azərbaycan platforması, Bakı platforması növbəti dəfə təqdim edilmiş olacaq" Geri qayıt |