Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifəti parçalayan başlıca qurum- MİLLİ ŞURA”

“Müxalifəti parçalayan başlıca qurum- MİLLİ ŞURA”


11-03-2014, 11:17
“Müxalifəti parçalayan başlıca qurum- MİLLİ ŞURA”
Milli Şuradan istefa verən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev qurumdan çıxmasının səbəbini açıqlayıb. Hafta.az xəbər verir ki, partiya sədri bildirib ki, ölkədə müxalifətin daxilində kifayət qədər problemlər var. Milli Şuranı isə Elşad Musayev müxalifəti parçalayan başlıca qurum hesab edib:

"Görünən budur ki, müxalifətdə olan bəzi dostlarımız hələ tam demokrat olaraq yetişməyiblər. Ona görə də bir-birlərini ittiham edirlər. Məsələn, bir partiya hansısa təşkilatdan çıxıbsa, buna görə ittiham olunmamalıdır. Çünki bu həmin partiyanın hüququdur. Amma biz görürük ki, bir partiya hansısa birlikdən çıxıb gedən kimi başlayırlar onu söyməyə. Fikrimcə, bu bizlərin demokratik qüvvə kimi tam yetişməməyimizin səbəbindəndir. Mən çox səmimi deyim ki, Azərbaycan müxalifətinin içində çoxlu sayda insan var ki, demokratik dəyərləri əxz edə bilməyib. Bu belədir. Siyasəti də bir-birini gözdən salmaqda, “mən güclüyəm” deməkdə görürlər. Ancaq fakt odur ki, Azərbaycanda güclü müxalifət yoxdur. Situasiyanı dəyişmək gücündə olan müxalifət yoxdursa, deməli, güclü müxalifət yoxdur. Odur ki, heç kim deməsin ki, mən güclüyəm".

Qeyd edək ki, Elşad Musayev Milli Şuranın üzvü olsa da toplantılara qatılmırdı.

Geri qayıt