Əsas Səhifə > Partiya, Güney Press > Prezident seçkilərində məğlub olan namizədlər...

Prezident seçkilərində məğlub olan namizədlər...


30-03-2024, 18:08
Prezident seçkilərində məğlub olan namizədlər...
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində 7 namizəd iştirak etdi. Seçkilərdə 92.6 faiz səslə qələbə qazanan prezident İlham Əliyev yenidən ölkə başçısı seçildi. Nəticələrə əsasən növbəti yerləri tutan digər 6 namizəd isə hazırda müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirir.

Yenisabah.az prezident seçkilərində iştirak etmiş namizədlərin hazırki fəaliyyətlərinin nədən ibarət olduğunu araşdırıb:

Növbədənkənar prezident seçkilərində Böyük Quruluş Partiyasından namizəd, millət vəkili Fazil Mustafa hazırda Milli Məclisin Mədəniyyət Komitəsinə rəhbərlik edir. Deputat kütləvi informasiya vasitələrində müxtəlif mövzularla bağlı açıqlamaları ilə diqqət çəkir.

Milli Cəbhə Partiyasının ötən seçkilərdəki namizədi Razi Nurullayev hazırda sözügdən partiyanın sədri və millət vəkilidir. O, sosial şəbəkələrdə aktivliyi ilə seçilir.

Seçkilərdə Ədalət, Hüquq, Demokratiya Partiyasından namizəd olmuş Qüdrət Həsənquliyev hazırda bu partiyaya rəhbərlik edir. Keçmiş namizəd eyni zamanda Milli Məclisdə millət vəkili kimi təmsil olunur.

Müstəqil namizəd kimi seçkilərə qatılan və nəticələrə əsasən 2-ci yeri tutan Zahid Oruc Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədridir. Millət vəkili eyni zamanda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev hazırda həmin partiyaya rəhbərlik edir. Elşad Musayev hazırda rəhbərlik etdiyi partiya ilə birlikdə növbəti parlament və bələdiyyə seçkilərinə hazırlaşır.

Ötən prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Fuad Əliyev Müstəqil Həmkarlar Birliyində fəaliyyətini davam etdirir. Müstəqil Həmkarlar Birliyi bir çox sosial məsələrlə bağlı vətəndaşların müraciətlərinin həlli istiqamətində işlər görür.

Geri qayıt