Əsas Səhifə > Partiya, Güney Press > Müsavat başqanlığına namizəd olacağı deyilən müavindən AÇIQLAMA

Müsavat başqanlığına namizəd olacağı deyilən müavindən AÇIQLAMA


4-04-2024, 11:00
Müsavat başqanlığına namizəd olacağı deyilən müavindən AÇIQLAMA
Məlum olduğu kimi, Müsavat Partiyası may ayında qurultaya gedəcəyini açıqlayıb.

Hələlik dəqiq tarix və namizədlər bəlli olmasa da, partiyadan qurultay nümayəndələrinin artıq bəlli olduğu bildirilib.

Müsavat başqanlığına namizədlərlə bağlı isə müxtəlif fikirlər sələndirilir. Xüsusilə də Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin yenidən bu posta namizəd olacağı iddia olunur. İsa Qəmbər özü isə yaxın vaxtlarla bu məsələ ilə bağlı fikrini açıqlayacağını bildirib. Müsavat Partiyasına başqanlığa namizəd olacaq şəxslər arasında sədr müavini Osman Kazımovun da adı hallanır. Məsələ ilə bağlı “Cebhe.info”-ya danışan Osman Kazımov hələlik belə bir qərarının olmadığını deyib:

“Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Müsavat Partiyasının Nizamnaməsinə görə bir nəfər iki dəfədən artıq ardıcıl sədr seçilə bilməz. Ona görə də indiki Müsavat başqanı Arif Hacılı namizəd olmayacaq.

Geri qayıt