Əsas Səhifə > Partiya, Güney Press > “Rəhbərliyə kiminsə gətirilməsinin nəyisə dəyişəcəyinə inanmıram"

“Rəhbərliyə kiminsə gətirilməsinin nəyisə dəyişəcəyinə inanmıram"


8-04-2024, 10:21
 “Rəhbərliyə kiminsə gətirilməsinin nəyisə dəyişəcəyinə inanmıram"
AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Müsavat artıq dönülməz bir yola düşüb.
O, "Sherg.az"a açıqlamasında bildirib ki, cəmiyyətdə artıq Müsavat Partiyasının varlığı ilə yoxluğu bilinmir. Ona görə rəhbərliyə kiminsə gətirilməsinin nəyisə dəyişəcəyinə inanmır.
"Təəssüf ki, minlərlə insanın əziyyəti olmuş strukturu, təşkilatı işbilməz şəxslər belə vəziyyətə qoydular. Kiminsə sədrliyə gələrək partiyanı yenidən güc mərkəzinə çevirəcəyi inandırıcı deyil. Partiyanın özünün qısırlaşdığı elə namizədlərin yoxluğundan da bilinir. Şəxsən mən orada baş verən proseslərlə maraqlanmıram, gündəmdə daha vacib məsələlər, məsələn, seçkilər var. Azərbaycan siyasi səhnəsində həqiqətən öz gücünə formalaşmış partiyalar var ki, xalq artıq onları dəstəkləyir. Müsavatın nə edəcəyinin kimin üçünsə maraqlı olacağına inanmıram".
Qeyd edək ki, Müsavat Partiyası qurultayını may ayına təyin edib. Məclis sədri Nüşabə Sadıqlı Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Divan üzvləri də Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb. Məlumata görə, İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

Geri qayıt