Əsas Səhifə > Partiya, Güney Press > "Lider"də yer veriblər, o da darlıq edir

"Lider"də yer veriblər, o da darlıq edir


9-04-2024, 13:00
"Lider"də yer veriblər, o da darlıq edir
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib.
Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar. Partiyanın sədri Sərdar Cəlaloğlu bu barədə saytımıza danışıb. O bildirib ki, onlara keçmiş “Lider” telekanalının binasında 100 kvadrat metrlik yer verilib və bu, partiyanın tələbatını ödəmir.

"1991-ci ildə partiyamız "Hürriyət" qəzeti ilə eyni binada yerləşirdi. 1995-cı ildə partiya qeydiyyatı ləğv olunduğuna görə ofisin kirayə götürmək səlahiyyəti yox idi. "Hürriyət"in ofisi kimi fəaliyyət göstərdik. 2000-ci ildə partiya təkrar qeydiyyata alınanda biz yenidən ofislə bağlı müraciət etdik.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, "Hürriyət"in ofisində müğvəqqəti yerləşərə bilərik. Bu günə kimi oradayıq. Rəsmi şəkildə partiyanın öz ofisi yox idi. Ona görə də xidmətə müraciət etdik. Və bizə keçmiş “Lider” telekanalının binasında 100 kvadratmetrlik yer verdilər.

O yer təbii ki, partiyanın yerləşməsi üçün tələbata cavab vermir. Ona görə də razılığa gəldik ki, strukturun bir hissəsini, məsələn seçkili orqanları orada, cari orqanları isə "Hurriyətin" binasında yerləşdirək. Hazırda mövcud olduğumuz binada zalının ölçüsü 400 kvadrat metrdir. Hamılıqla yeni ofisə sığmarıq".

Partiya sədri bildirib ki, daha böyük ofislə bağlı xidmətə müraciət etməyəcək.

"Əlavə müraciət etməyəcəyik. Doğrudur, bu bölünmə işimizə yaxşı təsir göstərməyəcək. Ancaq deyirlər ki, hökumətin çox yer vermək imkanı yoxdur. Müraciət etsək belə, verəcəyi yer bu qədər olacaq".

AzVision.az

Geri qayıt