Əsas Səhifə > Partiya, Güney Press > "Milli Şuranın mitinqi cəmiyyətdə xaosu, “demokratik imic” yaratmaq naminə Azərbaycanda qarışıqlığı daha da artıra bilər"

"Milli Şuranın mitinqi cəmiyyətdə xaosu, “demokratik imic” yaratmaq naminə Azərbaycanda qarışıqlığı daha da artıra bilər"


15-04-2024, 13:24
"Milli Şuranın mitinqi cəmiyyətdə xaosu, “demokratik imic” yaratmaq naminə Azərbaycanda qarışıqlığı daha da artıra bilər"
“Milli Şuranın aprelin 21-nə mitinq təyin etməsinə zərurət yoxdur. “Siyasi məhbus” adlandırdıqları şəxslərin azadlığa buraxılması özlərinin şəxsi təşəbbüsüdür”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, kütləvi təbirlər keçirmək Konstitusiyada nəzərdə tutulan hüquqdur: “Hər kəs, hər təşkilat bundan istifadə edə bilər. Bunun üçün yerlər ayrılıb verilə bilər. Amma bilmirəm, Milli Şuranın mitinqi nə dərəcədə baş tutacaq. Qanunda kütləvi tədbirlərin keçirilməsinə icazə verilən yerdəmi, ya yox? Hazırkı halda mitinqə ehtiyac yoxdur. Çünki qaldırdıqları məsələləri mitinqsiz də həll etmək olar. Milli Şuranın mitinqi cəmiyyətdə xaosu, “demokratik imic” yaratmaq naminə Azərbaycanda qarışıqlığı daha da artıra bilər. Hələ ki, pandemiya şərtləri, karantin rejimi bitməyib. Sərhədlər də buna görə bağlıdır. Karantin rejimi şəraitində buna icazə veriləcəkmi? Şübhə edirəm...”

Geri qayıt