Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistan istənilən üçüncü qüvvəni inkar etməklə sülh müqaviləsi imzalamalıdır”
“Ermənistan istənilən üçüncü qüvvəni inkar etməklə sülh müqaviləsi imzalamalıdır”21-04-2024, 10:38 |
Qazaxın 4 kəndinin sülh yolu ilə geri qaytarılması Azərbaycanla Ermənistana arasında sülh müqaviləsinin imzalanacağına olan ümidləri artırmaqdadır. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev sülhün mümkün olduğunu, ancaq bunun üçün Ermənistanın üçüncü qüvvələri prosesə cəlb etməkdən imtina etməsi gərəkdiyini vurğulayıb: “Rusiyalı sülhməramlıların Qarabağdan çıxarılması, heç şübhəsiz, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin, diplimatiyamızın qələbəsidir. Eyni zamanda Qazax rayonunun 4 kəndinin qaytarılması barədə razılığın əldə olunması onu göstərir ki, qoşunlar çıxandan sonra da bölgədə vəziyyət müsbət istiqamətə dəyişəcəkdir. Ümumiyyətlə götürdükdə isə, ötən ilin sentyabrında Ordumuzun keçirdiyi 23 saatlıq anti-terror tədbirlərindən sonra rus qoşunlarının bölgədə qalmasının mənası qalmamışdı. Yəni Azərbaycanın yaratdığı reallıqlar və müəyyən mənada bəzi geosiyasi gerçəkliklər sülhməramlıların fəaliyyətini sıfırlamışdı. Ona görə də, onların bölgədən çıxarılması gözlənilirdi. Bütün bunlara rəğmən, bir daha vurğulamaq istərdim ki, qoşunların vaxtından əvvəl çıxarılmasında, Azərbaycan və Rusiya rəhbərləri arasındakı dostluq, qarşılıqlı hörmət əsasında formalaşmış münasibətlər, əsas rol oynamışdır. Ermənistana hansısa mesajların verilməsinə gəldikdə isə, düşünürəm ki, burada hansısa əlaqə, bağlılıq yoxdur. Hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Uzun illər ərzində Ermənistan bu ölkənin forpostu rolunu oynamış, siyasi, iqtisadi əlaqələri həddindən artıq dərinə işləmişdir. Eyni təhlükəsiz sisteminə malikdirlər. Paşinyanın Qərbyönümlü siyasəti nəticəsində Ermənistan növbəti dəfə ağasını dəyişdirmək istəyir. Bu da, iki ölkə arasında çoxsaylı problemlər yaratmaqdadır. Tarixi şərait yetişib. Ermənistan üçün ən düzgün seçim, şəraiti düzgün qiymətləndirmək, istənilən üçüncü qüvvələri inkar etməklə, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Barışığa aparan yeganə yol budur”. Geri qayıt |