Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş partiya sədrinin şirkəti məhkəməyə verildi

Keçmiş partiya sədrinin şirkəti məhkəməyə verildi


22-04-2024, 00:02
Keçmiş partiya sədrinin şirkəti məhkəməyə verildi
Ölkənin aparıcı qiymətləndirmə şirkətlərindən biri olan “Vecon Consultıng” MMC-yə (VÖEN - 1302260661) qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası sabah - 22.04.2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.
Məhkəmə iddiasının alqı-satqı müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, iddia ilə əlaqədar olaraq daha əvvəl 2 dəfə hazırlıq iclası keçirilib. “Vecon Consultıng” MMC barəsində məhkəmə iddiası Hüseynov Samiddin Eli oğlu tərəfindən qaldırılıb.
Onu da bildirək ki, 2010-cu ildə dövlət qeydiyyatına alınan “Vecon Consultıng” MMC-nin qanuni təmsilçisi 2021-ci ildə ləğv olunaraq Yeni Azərbaycan Partiyasına (YAP) birləşən Milli Qurtuluş Partiyasına sabiq sədri Vüqar Əlövsət oğlu Orucdur.
Hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olan Vüqar Oruc uzun illər siyasi fəaliyyətlə məşğul olub. Ölkə ictimayiyyətində Bəyturan təxəllüsü ilə tanınan siyasətçi 1975-ci ildə Masallı rayonunda anadan olub. Vüqar Bəyturan 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının, 1998-ci ildə isə Türk Millətçi Partiyasının qurucusu və sədri olub. Daha sonra Milli Qurtuluş Partiyasına birləşərək bu partiyanın sədri olub.
Geri qayıt