Əsas Səhifə > Partiya, Güney Press > "Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir"

"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir"


27-04-2024, 09:10
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir"
"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirdi:

"Avropa Parlamenti Azərbaycanın daxili işlərinə və Ermənistanla münasibətlərinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər. Bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir. Bu kimi çoxsaylı birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən qəbul edilməsi Avropa Parlamenti üçün sanki bir ənənəyə çevrilib .Mən deyərdimki, bu mütəmadi olaraq davam edən proses Avropa İttifaqının Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil.Bu sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin də diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır. Çünki Avropada son illərdə demokratiyadan əsər əlamət qalmayıb".

Deputat vurğulayıb ki, Avropa Parlamenti unudub ki, 1970-ci il Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannamə, ATƏM-in Yekun Aktı, BMT-nin dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyi, 21 dekabr 1965-ci il tarixli müstəqillik və suverenliyinin qorunması haqqında Bəyannaməsi var:

"Bu sənədlər dövlətlərin daxili səlahiyyətlərində olan məsələlərə qarışmamağı yekdillə qəbul edir. Amma Avropa Parlamenti ona üzv olan ölkələrdəki xaosu unudub, Azərbaycanın daxili məsələlərinə reaksiya verməklə, dövlətimizi xarici məsələlərdəki qətiyyətli mövqeyindən yayındırmağa çalışır. Təbii ki, Avropa parlamentinin deputatlarını Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları maraqlandırmır, bunu sübutu 30 il müddətində doğma yurd yuvasından ayrı düşən, işğəncələrə məruz qalan azərbaycanlılarla bağlı canfəşanlıq etmək əvəzinə, daima Ermənistanı dəstəkləyən qətnamələr qəbul etməsidir".

Geri qayıt