Əsas Səhifə > Partiya, Güney Press > "Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi"
"Özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini iç üzünü açıb göstərdi"27-04-2024, 09:53 |
“Özünü azərbaycanlı adlandıran hər bir şəxs ölkədəki siyasi hakimiyyətə münasibətindən asıllı olmayaraq dövlət rəhbərinin xarici səfərləri ilə fəxr etməli, qürur duymalıdır. Sənin siyasi baxışların fərqli ola bilər, amma ölkə xaricində dövlətin adı gələndə hamı öz siyasi baxışlarını kənara qoyub, dövlətin ünvanına uğur gətirəcək hərəkətlər nümayiş etdirməlidir. Bu baxımdan, Prezident İlham Əliyevin çox uğurlu Almaniya səfəri çərçivəsində özünü “azərbaycanlı” adlandıran bir qrup vətən xaini özlərinin iç üzünü açıb göstərdi. Bunu ilk növbədə onların Azərbaycana qarşı olan münasibəti, sonra da aldıqları sifarişlərin icrası kimi qeyd edə bilərəm”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. “Yəni dünyada bunlardan başqa siyasi hakimiyyətlərinə qarşı fərqli yanaşan adamlar yoxdur? Biz müxtəlif dövlət başçılarının Avropaya səfərlərini də görürük. Almaniyada dövlət başçımızın səfəri çərçivəsində özlərini “azərbaycanlı” adlandırıb, ucuz şoular nümayiş etdirmək kimi bir hal isə nə vaxtsa müşahidə etməmişəm. Hesab edirəm ki, onlar hakimiyyətə yox, xalqımıza və qazanılmış uğurlarımıza düşmən kəsiliblər”, - deputat bildirib. Geri qayıt |