Əsas Səhifə > Partiya, Güney Press > "Bu, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur"
"Bu, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur"29-04-2024, 06:55 |
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub. Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 8 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb. Baş Prokurorluğun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında qeyd edilib ki, aprelin 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam ediliblər. İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub. Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib. Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir. Millət vəkili Elman Məmmədov “Sgerg.az”a açıqlamasında Xocalı şəhərinin separatçılardan təmizlənməsindən sonra ərazidə bir neçə dəfə kütləvi məzarlıqların aşkarlandığnı xatırladıb. Məzarlıqlarda Xocalı qırğınları zamanı qətlə yetirilən soydaşlarımıza məxsus fraqmentlər tapılıb: “Malıbəylidə aşkarlanan bu kütləvi məzarlıq isə erməni vəhşiliyinin növbəti izidir. Ermənilər əsir və girov götürdükləri insanları vəhşiliklə qətlə yetirib, sonra isə onları kütləvi şəkildə torpağa basdırıblar. Bu, vandalizmin, erməni vəhşiliyinin, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur. Bütün bunlar təsdiq edir ki, strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilən Xocalının başı yaman dərdlər çəkib. Şükürlər olsun ki, bu gün Xocalının qisası alınıb. Xocalılılara qarşı törədilən qanlı cinayətlərə və soyqırımlarına görə cani ermənilər də bir gün mütləq öz cavabını alacaq”. E.Məmmədovun sözlərinə görə, Malıbəylidə aşkarlanan insan qalıqlarının kimə məxsus olduğu ekspertiza aparıldıqdan sonra dəqiq bilinəcək: "Xocalı soyqırımı zamanı insanlarımızın başına açılan min bir əzab-əziyyət bütün dünyaya məlumdur. Ümumiyyətlə, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Əgər bu gün hansısa dövlət, hansısa beynəlxalq təşkilat körpələri, qadınları, qocaları güllələyən, ağlasığmaz dərəcədə ağır cinayətlər törədən erməniləri müdafiə edirlərsə, deməli, elə özləri də ermənidən betər cinayətkardırlar”. Geri qayıt |