Əsas Səhifə > Partiya, Güney Press > "Fransa və Amerika səfirləri uzun müddət görüşlərdən kənarda qalıblar"
"Fransa və Amerika səfirləri uzun müddət görüşlərdən kənarda qalıblar"7-05-2024, 08:23 |
Şuşada olduğuma görə xoşbəxtəm. Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib. "Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və şadam ki, bu səfər nəhayət baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm", - diplomat ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən videoda bildirib. Amerikanın Azərbaycandakı səfirinin Şuşaya səfirinin əhəmiyyətinin böyük olduğunu bildirən Milli Məclisin deputatı Tahir Rzayev “Sherg.az”a söyləyib ki, bunların hamısı ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin və Qərblə münasibətlərin yaxşılaşmasına verdiyi önəmin bəhrəsidir: “Çünki Cənap Prezident beynəlxalq normalara əsaslanan balanslaşdırılmış siyasət aparır. Artıq Qərb görür ki, Azərbaycan demokratiya, azadlıq və insan haqları yönündə özünün uğurlu addımlarını atır. Azərbaycan ilə zor dilində danışmaq mümkün deyil. Azərbaycan haqqın və ədalətin yolundadır. Eyni zamanda, Azərbaycanın heç kimin torpaqlarında gözü yoxdur və hansısa ölkəni işğal etmək niyyətində deyil. Təəssüflər olsun ki, bunlar Qərbdə gec anlaşıldı. Çünki Qərb uzun illər Azərbaycana qarşı barışmaz mövqedə dayanıb və antiazərbaycan təbliğatı ilə məşğul olub. İstər Amerika Senatında, istərsə də ABŞ Dövlət Departamenti və digər qurumlarda Azərbaycan əleyhinə məkirli siyasət yürüdülüb”. Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışlarında bizim heç bir ölkənin köməyinə və sülhə tərafdaşlıq etməsinə razı olmadığımızı bildirib: “Daxili və xarici işlərimizi özümüz tənzimləyə bilərik. Ona görə də bizə Amerika, Fransa və Almaniyanın dəstəyi lazım deyil. Eyni zamanda, Ermənistanla aramızda olan münasibətləri vasitəçisiz həll edə bilərik. Ölkə rəhbərinin verdiyi bu mesajlar səfirliklər, diplomatik yollar və informasiya şəbəkələri vasitəsilə xarici ölkələrə çatır. Onlar isə dərk edirlər ki, Azərbaycan düzgün siyasət həyata keçirir. Əgər Azərbaycan Avropanın enerji təhlükəsizliyi təmin edir, sülh dair çağırışlar həyata keçirir və dünyanın bir çox ölkələrinə hümanitar yardımlar göstərirsə, Amerika da öz siyasətinə müəyyən düzəlişlər etməlidir. Nəyə görə ABŞ demokratiya və insan haqqlarından danışdığı kimi Azərbaycanın işğaldan azad olunmuş əraziləni səfər edib, ermənilərin törətdiyi dəhşətləri gözləri ilə görüb dünyaya göstərməsin. Qoy həmin səfir gedib azad olunmuş torpaqlarımızda erməni təcavüzkarlarının Azərbaycan xalqının başına hansı bəlalar gətirdiyini öz gözü ilə görsün. Hətta yeri gəldikdə diplomatik kanallar vasitəsilə gördüklərini dünyaya çatdırsın”. T. Rzayev qeyd edib ki, Fransa və Amerika səfirləri uzun müddət görüşlərdən kənarda qalıblar: “Eyni zamanda, həmin bölgələrə getmədən saxta məlumatara əsaslanaraq Azərbaycan haqqında yanlış mövqedən çıxışlar ediblər. Digər tərəfdən bu gün Azərbaycanın dünyada böyük nüfuz qazanması sözügedən ölkələri düşündürür. Fransa haqqında aparılan təbliğat, artıq nəticələrini verir. Fransanın müstəmləkəsində olan ölkələr ayağa qalxıblar. Fransa siyasətinə qarşı təkcə həmin dövlətlər deyil, dünyanın bir çox ölkələrinin xalqları da səslərini ucaldırlar. Yüksək səviyyədə tədbirlər keçirdərək, Fransanın müstəmləkəçi ölkə olduğunu faktlarla ortaya qoyurlar. Bu isə Emmanuel Makronun siyasətini, tamamilə aşağılayır”. Geri qayıt |