Əsas Səhifə > Partiya, Güney Press > "Kiminsə məşhur olub-olmaması bizi maraqlandırmır..."
"Kiminsə məşhur olub-olmaması bizi maraqlandırmır..."10-05-2024, 08:55 |
Qarşıdakı bayram günlərində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Qeyd edək ki, qarşıdakı dövrdə amnistiya deyil, əfv olacağını bildirilir. Əfv Məsələləri Komissiyasının artıq bir neçə iclası keçirilib. Komissiyanın son iclası nə vaxt olacaq və bu müddətdə neçə ərizəyə baxılıb, onların arasında həbsdə olan məşhurlardan müraciət daxil olubmu? Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa "Cebhe.info"-ya bildirib ki, Əfv Komissiyasında məsələlərə baxılır, indiyədək 400-dən artıq ərizə araşdırılıb və ardıcıl müzakirəyə çıxarılır: "Hər məsələyə diqqətlə yanaşılır, müzakirə olunur, səsə qoyulur və qərar qəbul olunur. Ancaq hansısa şəkildə kiminsə məşhur olub-olmaması Əfv Komissiyasını maraqlandırmır. Komissiyada hamı hüququ çatan vətəndaş kimi qəbul olunur və hamıya da eyni baxış bucağı sərgilənir. Ona görə də komissiya işini başa çatdırmamış konkret adların söylənməsi doğru deyil. Bütövlükdə ümumi prinsiplərdən yanaşıırıq. Kimin hansı mənsubiyyət olması burada əhəmiyyət kəsb eləmir". Geri qayıt |