Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədri keçmiş cəbhəçi ilə ÇƏKİŞƏCƏK?
Partiya sədri keçmiş cəbhəçi ilə ÇƏKİŞƏCƏK?13-05-2024, 09:53 |
"Dünən bir neçə xəbər saytı “qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd olacağımı yazıb. Keçən dəfə orda İqbal Ağazadə - Rauf Arifoğlu yarışı heç-heçə ilə bitdi: dairənin nəticəsi ləğv olundu, yenisi keçirilmədi. Onların eyni yarışa yenidən girəcəyi yazılır". dia-az.life xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb. İlqar Məmmədov qeyd edib ki, ötən ilin noyabrından başlayaraq sorğular keçirib və müxtəlif dairələrlə bağlı sosial şəbəkədəki izləyicilərindən təkliflər alıb. "REAL Siyasi Komitəsi belə tövsiyə elədi ki, 22 saylı Nəsimi-Yasamal dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır. Bu haqda elanı hələ aprelin 4-də yaymışdıq. Yekun qərarı da yəqin ki, o cür olacaq. Partiyamızda Nizamnaməyə əsasən son qərarı Siyasi Komitə verir. Odur ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə namizəd olmağımın ehtimalı ən yüksəkdir". Qeyd edək ki, həmin dairəni hazırda parlamentdə deputat Asim Mollazadə təmsil edir. Geri qayıt |