Əsas Səhifə > Partiya, Güney Press > "İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik"

"İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik"


20-05-2024, 11:42
"İran xalqının yanındayıq, çox kədərliyik, başsağlığı verir, səbir diləyirik"
“İran Azərbaycanın dostu, qonşuşusu və strateji tərəfdaşıdır. Xalqlarımız arasındakı dostluq böyük tarixi köklərə söykənir. Dünən “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mərasimində dövlət başçılarımız və hökumət nümayəndələrimiz çox səmimi mərasim keçirdilər. Mərasimdə dövlət başçıları ölkələrimiz və xalqlararası dostluğa dair çox mühüm mesajlar səsləndirdilər. O cümlədən bizim aramıza girmək və münasibətimizə kölgə salmaq istəyənlərə də dövlət başçılarımız eyni mövqeyi ifadə etdilər. Görüş çərçivəsində ölkələrimizarası münasibətlərin möhkəmkləndirilməsinə və gələcək əməkdaşlığın genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə etdilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

“Azərbaycan və İran dövlət rəhbərləri arasındakı görüş çox yüksək səviyyədə baş tutmuşdu. Amma təəssüf ki, görüşdən geri qayıdan İran dövlət başçısı və nümayəndə heyəti faciəli şəkildə helikopter qəzasının qurbanına çevrildi. Bu xəbər bütün xalqımızı kədərləndirdi. Dövlət başçımız xəbəri eşidən kimi dərhal İran tərəfə Azərbaycanın köməyini təklif etdi və narahtlığımızı ifadə etdi. Baş verən acı bir faciədir. Biz İran xalqının yanındayıq. Çox kədərliyik. Xəbərə sarsıldıq, başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!”, - deputat bildirib.

Geri qayıt