Əsas Səhifə > Partiya, Güney Press > Dövlət qurumlarında qadın rəhbərlərin çox olması nəyi DƏYİŞƏCƏK?

Dövlət qurumlarında qadın rəhbərlərin çox olması nəyi DƏYİŞƏCƏK?


23-05-2024, 09:17
Dövlət qurumlarında qadın rəhbərlərin çox olması nəyi DƏYİŞƏCƏK?
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva dövlət qurumlarında rəhbər işçilər arasında qadınların olması təklifi ilə çıxış edib. O, dövlət qurumlarında rəhbər vəzifələrdə daha çox kişilərin üstünlük təşkil etdiyini bildirib:

“Bir-iki kənd istisna olmaqla, icra nümayəndiklərində bir nəfər də olsa icra nümayəndəsi qadın yoxdur. Amma kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz. Bundan başqa, dövlət qurumları var ki, orada kişilərin sayı çoxdur. Hesab edirəm ki, rəhbər işçilər arasında qadınları olması daha yaxşı olardı”

Maraqlıdır, Jalə Əliyevanın təklifi reallaşarsa, idarəetmədə hansı dəyişikliklər baş verə bilər?

Jalə Əliyevanın həmkarı, Milli Məclisin İnsan hüquqlarrı komitəsinin üzvü Fazil Mustafa Bizim.Media-ya mövzu ilə bağlı danışıb. O, bildirib ki, ümumiyyətlə, qadınların dövlət idarəetməsində rol alması mühümdür:

“Bu həm də Azərbaycanın beynəlxalq imici ilə bağlı məsələdir. Biz modern dövlətik. Kişi ağırlıqlı idarəetmədən qadınların da bu prosesə qoşulmasına yönəlməliyik.

Bizdə bir nəfər də olsun qadın icra başçısı yoxdur, çox vaxt müavin postunda olurlar. Bu, qadınların fəallığını xeyli aşağı salır.

Daha layiqli və hazırlıqlı qadınlar da cəmiyyət həyatında mühüm vəzifələrdə olmalıdır. Mən də qadınların rolunun artırılmasını vacib hesab edirəm. Düzdür, qadınların rəhbər vəzifələrə gəlməsi ciddi bir şeyləri dəyişməyəcək. Sadəcə olaraq bu, ümumi cəmiyyətin mədəni görünüşü üçün vacibdir, yəni idarəetmədə keyfiyyətin dəyişəcəyi anlamına gəlmir”.

Geri qayıt