Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlinin partiyası hesabat verdi
Əli Kərimlinin partiyası hesabat verdi23-05-2024, 11:56 |
Mart ayında Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyadan 25-i maliyyə hesabatı versə də, Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maliyyə hesabatı təqdim etməmişdi. Modern.az-ın məlumatına görə, partiyanın maliyyə hesabatı 1 ay gecikmə ilə Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Hesabata əsasən, partiyanın 2023-cü ildə gəlir və xərcləri olmayıb. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Geri qayıt |