Əsas Səhifə > Partiya, Güney Press > “Qorxu içində dovşan kimi yaşayırlar, ev dedikləri isə tövləyə bənzəyir”

“Qorxu içində dovşan kimi yaşayırlar, ev dedikləri isə tövləyə bənzəyir”


24-05-2024, 09:16
“Qorxu içində dovşan kimi yaşayırlar, ev dedikləri isə tövləyə bənzəyir”
Xeyrimli kəndinin Azərbaycana qaytarılan hissəsindəki tikililərin ermənilər tərəfindən yandırılması Azərbaycan cəmiyyətində haqlı olaraq ikrahla qarşılanmaqdadır.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, baş verənləri erməni xislətindən irəli gələn olay kimi xarakterizə edib:

“Tavuş vilayətinin Xeyrimli kəndinin Azərbaycana qaytarılan hissəsindəki tikililərin yandırılması erməni xislətinin, cinayətkar simasının göstəricisidir.

Ermənilər torpaqlarımızı işğal edəndə də yaşayış məntəqlərimizi talayıb dağıtmışdılar. O cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonları da bizə qaytarılananda evləri, meşələri yandırıb külli ziyan yetirmişdilər. Ümumiyyətlə, ermənidə yaradıcı, humanist xüsusiyyət yoxdur. Onlar ancaq talamaq, oğrulamaq, yandırmaq və dağıtmaqla yaşayıblar. Ona görə onlar heç vaxt uğur qazanıb inkişaf edə bilməzlər.
Ermənilərdən fərqli olaraq azərbaycanlılar isə qurucu və yaradıcı xalqdır. Xalqımız ermənilərin viran qoyduğu əraziləri yenidən qurub bərpa edərək dünyanın ən müasir yaşayış məntəqlərinə çevirir. Bizim ermənilərin yaşadığı daxmalara ehtiyacımız yoxdur. Çünki azad olunmuş ərazilərdəki ermənilərin tövlələrə oxşar evcikləri onsuz da təmizləyib, zibilliyə atıb onların yerində müasir binaları ucaldırıq.

Ermənilər yanğınlar törətməklə azərbaycanlılara olan qəzəb və nifrətini nümayiş etdirirlər. Amma onların bu hərəkətlərinə də çox qalmayıb. Delimitasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesinə artıq başlanılb. İki ölkə arsında sərhəd müəyyənləşəndən sonra bu gün Azərbaycan ərazisnə düşən tikililəri yandıranlar sabah elə bizə minnətçi olacaqlar.

Ermənilər tarxən belə olmuşdur. Əllərinə fürsət düşəndə onlarla danışmaq olmur. Qalan vaxtı isə dovşana dönürlər. İkinci Qarabağ müharibəsində onların başına elə bir zərbə vurmuşuq ki, onlar bundan sonra həmişə qorxu içində dovşan kimi yaşayacaqlar”.

Geri qayıt