Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə qatılacaq?

Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə qatılacaq?


24-05-2024, 10:15
Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə qatılacaq?
Parlament seçkilərində Müstəqil Həmkarlar Birliyi də iştirak edəcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin təsisçilərindən biri Xəzər Teyyublu məlumat verib.

Onun sözlərinə görə, birlik eyni zamanda bələdiyyə seçkilərində də iştirak etmək fikirindədir.

"Birliyin təsisçisi Fuad Əliyev hansı dairədən namizəd olacaq" sualına Xəzər Teyyublu belə cavablandlırıb:

"Bu barədə tam qərar olmayıb. Seçkiyə rəsmi şəkildə start veriləndən sonra Fuad Əliyevin hansı dairədən namizəd olması açıqlanacaq. Ancaq onu deyə bilərik ki, Fuad Əliyev həmişəki kimi Bakının rayonlarının birindən namizədliyini irəli sürəcək".

Qeyd edək ki, Fuad Əliyev eyni zamanda 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmüşdü.

Geri qayıt