Əsas Səhifə > Partiya, Güney Press > “Partiyada bir neçə aydır ki, seçki hazırlıqları gedir”
“Partiyada bir neçə aydır ki, seçki hazırlıqları gedir”24-05-2024, 15:59 |
Bir müddət əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun parlament seçkilərinin erkən keçirilməsi barədə açıqlaması ictimaiyyətdə xeyli müzakirələrə səbəb olub. Sədr açıqlamasında seçkilərin müddətinin önə çəkiləcəyini dedi. Hələ rəsmi qərar olmasa da, yaxın aylarda ölkədə parlament seçkilərin keçiriləcəyi görünür. Artıq bir sıra partiya sədrləri, ictimai şəxslər də seçkilərdə iştirak edəcəklərini elan ediblər. Maraqlıdır, görəsən, deputat Razi Nurullayev yenidən parlament seçkilərində iştirak edəcək? Mövzu ilə bağlı deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, partiyada seçki hazırlıqlara artıq bir neçə aydır ki, başlayıb. Onun sözlərinə görə, partiyada parlament seçkilərində iştirak edəcək üzvlərin siyahısı və resursların müəyyənləşdirilməsi üçün 5 nəfərdən ibarət komissiya yaradılıb və iclaslar keçirilib: “Milli Cəbhə Partiyası bütün seçkilərdə iştirak etdiyi kimi parlament seçkilərində də iştirak edəcək. Parlament seçkilərində iştirak edəcək üzvlər arasında mənim də adım var. Hal-hazırda İmişlidən namizədliyi vermişəm. Növbəti seçkilərdə də hazırda olduğum dairədə namizədliyimi vermək fikrindəyəm. Partiyanın digər üzvlərinin namizədliliyini hansı dairələrdə vermələri isə bu ay ərzində dəqiqləşəcək”. Geri qayıt |