Əsas Səhifə > Partiya, Güney Press > "Otellərdə cütlüklərdən mütləq nikah şəhadətnaməsi tələb edilməlidir, əks halda əxlaqsızlığa yol açmış olacağıq..."

"Otellərdə cütlüklərdən mütləq nikah şəhadətnaməsi tələb edilməlidir, əks halda əxlaqsızlığa yol açmış olacağıq..."


19-06-2024, 09:23
 "Otellərdə cütlüklərdən mütləq nikah şəhadətnaməsi tələb edilməlidir, əks halda əxlaqsızlığa yol açmış olacağıq..."
Bəzi şəxslər Azərbaycandakı otellərdə cütlüklərdən nikah şəhadətnaməsinin tələb olunmasına narazılıq edir. Bildirirlər ki, Avropaya inteqrasiya ediriksə, nikah şəhadətnaməsi niyə olunmalıdır? Məsələyə başqa tərəfdən qiymət verənlər isə deyirlər ki, məhdudiyyət hətta xarici turistlərə də tətbiq edilməlidir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda cütlüklər otelə daxil olduqlarında onlardan mütləq nikah şəhadətnaməsi tələb edilməlidir.

"Əks halda bu, əxlaqsızlığa, mənəviyyatsızlığa yol açır. Gəlin, qarşımıza vəzifə qoyaq - ya pul qazanaq, ya da namusumuzu, arımızı qoruyaq. Xaricdən gələnlərin bəzən ər-arvad olduqları bilinir. Buna baxmayaraq, otellerdə nikah şəhadətnaməsi barədə qayda xaricilərə də tətbiq olunmalıdır. Pul qazanmaq istəyiriksə, kazinonu niyə tətbiq etmirik? Kazinoda daha çox pul qazanmaq olur. Deməli, mənəvi kriteriyalarımızı qorumalıyıq. Çörək qazanmağın başqa yolu yoxdur? Otellərdə nikah şəhadətnaməsi tələb olunan o qədər dövlətlər var ki. Məsələn, ərəb ölkələri. Halbuki varlı yaşayırlar. Bilirəm, fikrimin əleyhinə çıxanlar da var. Guya cütlüklərlə bağlı məhdudiyyətlər turizmin, otel xidmətinin qarşısını alır. Get, başqa sahədə qazan də. Elə hökmən gərək mənəviyyatsızlıqdan, əxlaqsızlıqdan pul qazanasan?", - sədr müavini bildirib.

Geri qayıt