Əsas Səhifə > Partiya, Güney Press > Avropa Şurası bilmirmi ki, ermənilər Qarabağdan QAÇARAQ çıxmayıblar...

Avropa Şurası bilmirmi ki, ermənilər Qarabağdan QAÇARAQ çıxmayıblar...


20-06-2024, 12:28
Avropa Şurası bilmirmi ki, ermənilər Qarabağdan QAÇARAQ çıxmayıblar...
Avropa Şurasının orqanı olan ECRI bu 2023-cü il üzrə İllik hesabatında ötən il dünyada müharibə nəticəsində didərgin düşmüş insanların ağır vəziyyəti haqqında hesabat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, sənədin Azərbaycan və Ermənistana aid bölümündə Qarabağda yaşayan ermənilərin köçündən bəhs olunub.

Bildirilir ki, 2023-cü ilin sentyabrında Azərbaycanın regionda keçirdiyi hərbi əməliyyatlar nəticəsində çox qısa müddət ərzində 100 mindən çox Qarabağ ermənisi öz evlərini tərk edərək Ermənistana üz tutub.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında deyib ki, ECRI-nin hesabatında əks olunan fikirlər təhrif olunub:

“Hərbi əməliyyatlardan sonra Qarabağdan ermənilərin hansı formada getməsi prosesi açıq olub.

Dəfələrlə müvafiq dövlət qurumlarının orada yaşayan erməni sakinlərə çağırışları olub.

Ancaq onlar könüllü şəkildə oranı tərk etdilər. O zaman Azərbaycan hökuməti medianın orada sərbəst fəaliyyətinə şərait yaratmışdır.

Türkiyənin, Gürcüstanın, Rusiyanın, Avropanın nüfuzlu xəbər agentliklərinin əməkdaşları həmin köç prosesini canlı çəkib.

Heç bir erməni kameralar qarşısında zorla köçürülüdüklərini deməyib. Sonradan Avropadan Azərbaycana qarşı bu ittihamlar gəldi. İndiki hesabat da bunun davamıdır.

Yerigəlmişkən, çox vacib məqamı da qeyd etmək istərdim. BMT-nin Monitorinq Qrupu Xankəndinin erməni əhalisinin köç prosesini izləyib və iki dəfə hesabat yayıb. Bu hesabatlarda bu köçün könüllü olması və Azərbaycan hökunətinin köç prosesi üçün hər cür şərait yaratdığı qeyd edilir. Hətta tibbi xdmət , məqliyyat, qida və s. məsələlər orada göstərilib.

İndiyədək Xankəndindən köçən ermənilərin köç prosesi ilə bağlı bir dəlil, foto və ya video yoxdur.
Avropa Şurası yaxşı olar ki, taftalogiya ilə deyil , konkret dəlillər əsasında məruzə hazırlasın”.

Məlahət İbrahimqızı, həmçinin sual edir:

“Avropa Şurası 1987-1991-ci ilıərdə Qərbi Azərbaycandan- indiki Ermənistandan
ağır vəziyyətdə deportasiya olunub, etnik təmizləməyə məruz qalmış 300 min etnik soydaşımızın bugünədək pozulmuş fundamental hüquqları haqda nədən hesabat hazırlamır?”

Geri qayıt