Əsas Səhifə > Partiya, Güney Press > "Biz antiterror tədbirlərdində erməni əhalisini xəbərdar etdik"

"Biz antiterror tədbirlərdində erməni əhalisini xəbərdar etdik"


28-06-2024, 09:25
"Biz antiterror tədbirlərdində erməni əhalisini xəbərdar etdik"
Müdafiə naziri Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində Vətən müharibəsi və antiterror tədbiri ilə bağlı maraqlı məqamlara toxunub. Müdafiə naziri bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində düşmənin mülki obyektlərinin və vətəndaşlarının zərər görməməsi diqqətdə saxlanılıb, bu məsələyə çox böyük həssaslıqla yanaşılıb. Nazir qeyd edib ki, antiterror əməliyyatı zamanı erməni mülki əhalisinə Azərbaycan Respublikası tərəfindən qabaqcadan müvafiq xəbərdarlıq edilib:

“Antiterror əməliyyatından əvvəl, yəni, kütləvi zərbələrdən əvvəl Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə bir saat əvvəlcədən xəbər verilmişdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Görün, Azərbaycan necə humanistlik nümayiş etdirir. Bu da onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ancaq və ancaq erməni silahlı qüvvələrinə qarşı idi”.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, humanizm faktorunun Azərbaycanı Ermənistan və onun havadarlarından fərqləndirən başlıca amillərdən biri olduğunu bildirib:

“Ermənilərdən və ermənipərəst dövlətlərdən əsaas fərqimiz humanizmdir. Biz bunu müharibələrdə aydın şəkildə göstərdik. Türk əsgəri, Azərbaycan əsgəri tarix boyu heç vaxt müharibə və hərbi toqquşmalarda dinc əhaliyə ziyan verməyib. Belə bir hal heç vaxt olmayıb. Biz həm 44 günlük Vətən müharibəsində, həm də antiterror əməliyyatında bunu sübut etdik.

Biz antiterror tədbirlərdində erməni əhalisini hərbi obyektlərdən uzaq durmaqla bağlı xəbərdar etdik. Məqsəd yenə də mülki insanların zərər görməsinin qarşısını almaq idi.

Əslində bu həqiqət bütün dünyaya bəllidir. Baxmayaraq ki, bir çoxları bunu etiraf etmək istəmir.

Laçın sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərdən müsahibələr götürülürdü. Onların biri də Azərbaycan əsgərindən narazılıq etmədi. Əksinə, bidlridilər ki, Azərbaycan əsgərləri onalrın qayğısına qalıb, su verib, ərzaq verib, onlara köməklik göstərib. Bütün bu faktlar Azərbaycan insanının, Azərbaycan Ordusunun humanistliyindən xəbər verir və Makron kimilər kor gözlərini açıb bu həqiqəti görməlidir”.

Geri qayıt