Əsas Səhifə > Partiya, Güney Press > Tahir Budaqov YAP-ın deputatlığa namizədlər siyahısından danışdı
Tahir Budaqov YAP-ın deputatlığa namizədlər siyahısından danışdı1-07-2024, 10:38 |
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləi keçiriləcək. Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizələr siyahısında kimlərin namizədlər siyahısında olub-olmaması barədədir. YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb. YAP rəsmisinin sözlərinə görə, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”. Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”. Geri qayıt |