Əsas Səhifə > Partiya, Güney Press > "Artıq bizim müəyyənləşdirdiyimiz namizədlər var"
"Artıq bizim müəyyənləşdirdiyimiz namizədlər var"5-07-2024, 08:20 |
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər davam etdirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 2-də keçirilən iclasında deyib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini seçkiyə 25 gün qalmışa qədər başa çatdırılmalıdır. “Seçicinin səsvermə hüququnun reallaşdırması mütləqdir. Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər. Kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb”, o qeyd edib. Mövzu ilə bağlı “Sherg.az”a danışan deputat Razi Nurullayev bildirib ki, parlament seçkiləri konstitusiyanın tələbinə uyğun olaraq noyabrın 3-ü keçirilməli idi: “Amma Azərbaycan beynəlxalq COP29 tədbirinə ev sahibliyi etdiyinə görə parlament seçkiləri ilə eyni vaxta düşürdü. Buna görə də parlament seçkiləri önə çəkildi. Siyasi partiyalar seçkilərdə istirak etməlidir. Parlament seçkiləri vacibdir. Həmçinin syasi partiyaların və xalqın seçkilərdə aktiv olması önəmlidir. Çünki parlament qanunverici orqandır. Parlamentin üzvü olmaq üçün mübarizə aparmaq isə şərəfli işdir. Milli Cəbhə Partiyası seçkilərdə fəal iştirak edəcək. Artıq bizim müəyyənləşdirdiyimiz namizədlər var. 6 iyul tarixində böyük toplantı keçirib detalları açıqlayacıq. Ümumilikdə partiyanın seçkilərlə bağlı qərarı var və onlara əməl edəcəyik. Hazırda deputatı olduğum İmişli rayonundan namizədliyimi irəli sürəcəm”. Geri qayıt |