Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi?
Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi?5-07-2024, 11:33 |
"Bu, mənim seçki prosesində sonuncu iştirakımdır. Bundan sonra seçkiyə qatılmayacağam". Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, bu günə kimi dəfələrlə seçki prosesində iştirak etdiyini xatırladıb: "Namizədliyimi müxtəlif dairələrdən irəli sürmüşəm. İndi isə istəyirəm ki, Naxçıvanın problemlərini, onların dərd-sərini öyrənim, həm də belə hesab edirəm ki, mümkün qədər Naxçıvana daha çox diqqət ayırmalıyıq. Məzahir Pənahov da dedi ki, Naxçıvandakı seçki dairələrinə çox diqqət ayırmaq lazımdır. Naxçıvan önəmli seçki dairəsidir. Ona görə də seçkiyə oradan qatılıram". Sərdar Cəlaloğlu seçkidə qələbə qazanacağına ümid etdiyini vurğulayıb: "Mənə səs verəcəklər. Biz seçkiyə gedirik, dövlət çevirilişi etmirik ki. Seçkinin nəticələri məni o qədər də maraqlandırmır". "Artıq iki partiya sədri, yəni sizdən əvvəl də REAL Partiyasının sədri İlqar Məmmədov da sonuncu dəfə seçkidə iştirak edəcəyini açıqlayıb. Bunu necə başa düşək" sualına Sərdar Cəlaloğlunun cavabı belə olub: "Əslində, mən bu seçkidə də iştirak etmək fikrim yox idi. Sadəcə, düşündüm ki, bu seçkiyə qatılmasam, partiya üzvlərində ümidsizlik yaranacaq. Ona görə düşündüm ki, seçkiyə qatılım". Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Partiya bu seçkidə 16 namizədlə iştirak edəcək. Namizədlər aşağıdakılardır: 3 saylı Babək-Şahbuz-Kəngərli - Sərdar Cəlaloğlu 7 saylı Səbail - Sadiq Həsənov 9 saylı Binəqədi ikinci - Taliyət Əliyev 17 saylı Yasamal üçüncü - Nazilə Soltanova 24 saylı Nizami birinci - Nurəddin İsmayılov 25 saylı Nizami ikinci - Vüqar Məmmədov 27 saylı Sabunçu ikinci - Kamran Nəsirli 33 saylı Xətai birinci - Xaliddin Cangirov 34 saylı Xətai ikinci - Zakir Hüseynov 73 saylı Masallı-Cəlilabad - Daşqın Nuriyev 77 saylı Lənkəran şəhər - Azad Hüseynov 78 saylı Lənkəran kənd - Murad Kərimov 79 saylı Astara - İlqar Qənbərov 90 saylı Ağsu - Süleyman Məmmədov 95 saylı Zərdab-Kürdəmir-Ucar - Cəbrayıl Dünyamalıyev 111 saylı Zaqatala-Balakən - Mübariz İsmayılov. Geri qayıt |