Əsas Səhifə > Partiya, Güney Press > Sülhəddin Əkbər yeni partiyasının təsis vaxtını elan etdi

Sülhəddin Əkbər yeni partiyasının təsis vaxtını elan etdi


25-03-2014, 13:26
Sülhəddin Əkbər yeni partiyasının təsis vaxtını elan etdi
Azad Demokratlar Partiyasının qurultayının mayın sonu-iyunun əvvəlində keçirilməsi nəzərdə tutulur. Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib.

S.Əkbər qeyd edib ki, martın sonunda partiyanın Təşkilat Komitəsinin toplantısı keçiriləcək və qurultayla bağlı qərar veriləcək: «Öncə partiyanın rəhbər səlahiyyətli qurumları formalaşmalıdır. Biz əvvəldən də qurultayı mayın sonu-iyunun əvvəlində keçirməyi planlaşdırmışdıq. Görülən işləri dəyərləndirdikdən sonra qərar qəbul edəcəyik».

Geri qayıt