Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbər, Arif Hacılı da namizəd olacaq: Siyahı dəyişir

İsa Qəmbər, Arif Hacılı da namizəd olacaq: Siyahı dəyişir


9-07-2024, 11:33
İsa Qəmbər, Arif Hacılı da namizəd olacaq: Siyahı dəyişir
Müsavat partiyası sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərinə 27 namizədlə qatılacağını açıqlayıb. Siyahıda adları ictimaiyyətə tanış olmayan isimlər daha çox yer alıb. Tanınmışların nədən siyahıda yer almaması isə suallar doğurub.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın seçki siyahısının dəyişəcəyini söyləyib.

“Seçkiyə qədər hələ vaxt var. Müsavat partiyasının namizədlərinin sayının artması gözləniləndir. Siyahının hər an dəyişməsi, hər şeyin olması da mümkündür”, - deyə o əlavə edib.

Başqan müavini İsa Qəmbərin, Arif Hacılının və digər tanınmış simaların seçkiyə qatılması ehtimalının olduğunu deyib:

“Müsavat partiyası üzvlərin, rayon təşkilatı sədrlərinin mövqelərini və onların arzusunu nəzərə alaraq namizədləri qeydə alıb. Bu namizədlərin əksəriyyəti əvvəlki seçkilərdə iştirak edib. Hər bir şəxsin də öz dairəsində kifayət qədər hörməti var”.

Gülağa Aslanalı bildirib ki, Müsavat partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin sayının azalmasından söhbət gedə bilməz:

“Əksinə bizim prosesdə daha çox namizədlə iştirak etmək niyyətimiz var. Cəmiyyət tərəfindən də tanınan isimlərin yeni siyahıda olacağı mümkündür”.

Geri qayıt