Əsas Səhifə > Partiya, Güney Press > Borrelin ifadələri heç nəyi dəyişmir

Borrelin ifadələri heç nəyi dəyişmir


11-07-2024, 08:54
Borrelin ifadələri heç nəyi dəyişmir
"Macarıstan Baş naziri Viktor Orban Qərbin bir çox siyasi liderlərindən fərqli olaraq müstəqil hərəkət edir".
Bu sözləri millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, Orban Qərbin apardığı yarıtmaz və ədalətsiz siyasətinə qoşulmur:
"Orban Avropa Birliyinin rəhbəri olan kimi Kiyevə və Moskvaya səfərlər etdi, müharibənin dayandırılması üçün təşəbbüs göstərdi. Özünün də qeyd etdiyi kimi, Viktor Orban Qərbin yeganə lideridir ki, həm Rusiya, həm də Kiyevlə danışıqlar apara bilir. Çünki digər liderlər Rusiya ilə münasibətdə bütün qırmızı xətləri keçiblər. 6 iyunda da Viktor Orban Şuşaya səfər etdi və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatıldı. Təbii ki, AB rəsmiləri, borrellər Viktor Orbanın müstəqil hərəkətlərini həzm edə bilmirlər. O səbəbdən Orbanın Avropa Birliyinin adından çıxış etmədiyini bildirirlər. Borrelin ifadələri heç nəyi həll etmir. Onun daşıdığı vəzifədə qalmasına da çox qalmayıb". Parlament üzvü vurğulayıb ki, Avropa Birliyi Viktor Orbanın baxışları ilə idarə olunmalıdır: "Əks halda bu birliyin gələcəyi yoxdur. Çünki birliyin rəhbərliyində oturanlar müstəqil deyillər və avropalıların milli maraqlarını nəzərə almadan ABŞ-dən müəyyənləşmiş kursu davam etdirməyə çalışırlar. Bu da Avropa Birliyini böyük iqtisadi və sosial çətinliklərlə qarşı-qarşıya gətirir. Hesab edirəm ki, Avropa Birliyi Cozef Borrel kimilərdən azad olunmalı və uzaqgörən baxışları olan Viktor Orban kimi yeni simalarla əvəzlənməlidir".

Geri qayıt