Əsas Səhifə > Partiya, Güney Press > Əliməmməd Nuriyev seçkilərə qatıldı: Musa Qasımlı namizəd olmayacaq?
Əliməmməd Nuriyev seçkilərə qatıldı: Musa Qasımlı namizəd olmayacaq?11-07-2024, 09:59 |
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq. Bakupost.az –ın məlumatına görə, Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib. Ə.Nuriyev xəbəri Bakupost.az -a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib. Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi. Görünür, bu dəfə o, namizəd olmayacaq. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Geri qayıt |