Əsas Səhifə > Partiya, Güney Press > Tahir Kərimli namizəd olmaq üçün hələ düşünür?

Tahir Kərimli namizəd olmaq üçün hələ düşünür?


20-07-2024, 00:02
Tahir Kərimli namizəd olmaq üçün hələ düşünür?
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir-iki partiya istisna olmaqla demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar iştirak edir. Əksər partiyalar sədrləri başda olmaqla seçkilərə bir neçə namizədlə qatılırlar. Ancaq budəfəki parlament seçkisində sədrləri istisna seçki marafonuna qoşulmaq fikrində olanlar da var. Yayılan xəbərlərə görə, belə patiyalardan biri də Vəhdət Partiyasıdır.

Qeyd edək ki, Vəhdət Partiyasının sədri millət vəkili Tahir Kərimlidir. O, Milli Məclisin V və VI çağırış deputatı seçilib. Lakin partiya sədri budəfəki seçkidə namizəd olmaqla bağlı qərarını açıqlamayıb. VP digər namizədlərlə seçkidə iştirak edəcəyi deyilir.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, siyasi partiyaların fəaliyyətinin ana xəttinin seçkilər olması danılmaz faktdır.

Partiya funksioneri bildirib ki, Vəhdət Partiyası seçkilərə çox önəm verir və sonuncu parlament, o cümlədən Prezident seçkilərində Vəhdət Partiyasının iştirakını da uğurlu saymaq olar:

"Mövcud siyasi durumu nəzərə alsaq, ötən seçkilərdə partiyanın qazandığı bir mandat təşkilatımızın ayaqda qalmasına dəstək oldu. Eyni zamanda digər uğurumuz prezidentliyə namizədimizin ölkə rəhbəri seçilməsi oldu. Vəhdət Partiyası son iki prezident seçkilərində rəsmi olaraq İlham Əliyevin namizədliyini dəstəkləmişdi. Hazırda Vəhdər Partiyası faktiki olaraq 6 namizdələ parlament seçkisinə qatılıb. 67 saylı Sabirabad, 51 saylı Şirvan, 48 saylı Abşeron, 90 saylı Ağsu və Beyləqan seçki dairələrindən namizədlərimiz müəyyən edilib. Müvafiq sənədlər Dairə Seçki Komissiyalarına təqdim olunub".

V.Əfəndiyev özünün də namizədliyinin irəli sürüldüyünü vurğulayıb:

"Partiya tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyim irəli sürülüb. Partiya sədri Tahir Kərimli Baş Məclisin qərarı ilə namizəd göstərilsə də, hələki, onun namazidəliyi barədə sənədlər DSK-ya təqdim olunmayıb. Tahir bəy çox həssas adamdır və namizədlik məsələsində özünə qarşı hər hansı diqqətsizlik duyarsa, həssaslıq göstərəcəyi təəccüb doğurmamalıdır. Bu məsələ hələ açıqdır və güman edirəm ki, Tahir bəy partiya üzvlərini tək buraxmayacaq. Çünki hazırda partiya adından mandat qazanmaq şansı hamıdan çox Tahir Kərimlidədir".

Geri qayıt