Əsas Səhifə > Partiya, Güney Press > "Seçkiləri boykot etmək xətti radikal müxalifətin şakərinə çevrilib"

"Seçkiləri boykot etmək xətti radikal müxalifətin şakərinə çevrilib"


22-07-2024, 15:04
"Seçkiləri boykot etmək xətti radikal müxalifətin şakərinə çevrilib"
“İqtidarın AXCP ilə növbədənkənar parlament seçkiləri barədə guya danışıqlara getməsi iddiasını kim yayıb, bilmirəm. Hər halda AXCP və onun ətrafındakı qaragüruhun əli ilə ola bilər. Hökumətin və ya iqtidarın qayğıları AXCP deyil, qarşısında dövlətimiz, bölgəmiz üçün görəcəyi xeyli önəmli işlər var. Parlament seçkiləri, COP29 tədbiri, ölkənin iqtisadi siyasəti, sosial məsələləri... Bunları mərhələ-mərhələ icra edir. Seçkiləri boykot etmək xətti isə radikal müxalifətin şakərinə çevrilib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, siyasi partiya yaranır, formalaşırsa, yeganə məqsədi hakimiyyətə gəlməkdir: “Bunun da sivil yolu seçkilərdən keçir. Buyursunlar, gəlsinlər, namizədliklərini versinlər, özlərini sınasınlar. Danışanda deyirlər ki, böyük ətrafımız, kütləmiz var. Buyursunlar, o kütlədən istifadə etsinlər, platformalarını qeyd etsinlər. İnsanlar da onların həyata keçirəcəkləri planlarına, fikirlərinə səs versinlər, parlamentdə yer tutsunlar, çoxluq təşkil etsinlər. Bu da olur sivil mübarizə. Amma belə absurd fikirləri dövriyyəyə buraxmaqla, mənasız manipulyasiyalarla... Bunlar dezinformasiyadır. AXCP və ona bənzər hansısa şuralar bundansa vaxtında istefa versinlər. İllərdir, yerlərində qalıb arxaikləşiblər. Yeni nəfəslər gəlsin, demokratik mədəniyyət göstərsinlər, yeni fikirlərə şərait yaratsınlar. Balaca bir partiyada yerdəyişmələr onun ömrünü uzada bilər. Necə ki bunu Yeni Azərbaycan Partiyası edir. Hər dəfə İdarə Heyətində, Təftiş Komissiyasında, Gənclər Birliyində, parlamentə təqdim etdiyi namizədlərində gənclərə, xanımlara, yeni simalara böyük üstünlüklər verir. Təbii ki, təcrübəli insanların da qayğısına qalır. Zaman-zaman yetişən üzvlərini, təcrübəli siyasətçiləri irəli çəkir. Əsas məsələ budur. Belə inkişaf etmək olur. Yoxsa bir qrup insan artıq üçüncü onillikdir ki, eyni sözləri söyləyə-söyləyə digər qrup insanı ətrafına toplayaraq onları aldada-aldada hər seçkiqabağı uydurmalar dövriyəyə buraxır. Bununla heç nəyə nail ola bilməyəcəklər”.

Geri qayıt