Əsas Səhifə > Partiya, Güney Press > "Səsləri çıxmır, çünki hamısının ipi Qərbin əlindədir"
"Səsləri çıxmır, çünki hamısının ipi Qərbin əlindədir"28-07-2024, 08:43 |
"AXCP sədri Əli Kərimli İsa bulağında "çayın qiymətindən" narazıdır. Doğrudan da, aşığın sözü qurtaranda "dalay-dalay" deyərmiş. Şuşanı qurban verib hakimiyyətə gələn xəyanətkar qruplaşmanın bu tükənmiş simasının "çay davası" sadəcə, düşüklükdür və "adam" əslində özü öz dili ilə siyasi çəki və qiymətinin heç bir çaynik çay qədər də olmadığını etiraf edir". Bunu "Cebheinfo.az"-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. "Deyir, "azad edilmiş torpaqlarımıza hələ də icazə ilə getmək olur". Təsəvvür edin, təmsil olunduğu iqtidarın xəyanətinin nəticəsi olaraq Azərbaycan xalqı 30 il Şuşaya həsrət qalmalı olub. Qarabağ və Şərqi Zəngəzurun hər qarışının minalanmasına görə ən azı ermənilər qədər məsuliyyət daşıyan belə ünsürlərin indi insanları kütləvi şəkildə minalanmış sahələrə təşviq etməkdə yalnız bir məqsədi ola bilər, onları tarixin zibilliyinə gömmüş Azərbaycan xalqından qisas almaq",-deyə B.Məhərrəmov bildib. Bəhruz Məhərrəmov əlavə edib ki, reallıqda, nə Kərimli, nə də antimilli şuranın digər təmsilçiləri üçün həqiqətən Qarabağ, Şuşa mövzusu önəmli deyil: "Elə isə Fransanın Ermənistana silah-sursat tədarük etməsi, ABŞ-nin erməni ordusuna təlim keçməsi, yaxud Avropa İttifaqının ötən həftə hay ordusuna 10 milyonluq yardım paketini təsdiqləməsinə Kərimli və dərnəyi niyə bir dəfə münasibət bildirmir? Səsləri çıxmır, çünki hamısının ipi Qərbin əlindədir". Geri qayıt |