Əsas Səhifə > Partiya, Güney Press > Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ

Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ


28-07-2024, 10:49
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərdən daha biri təsdiqlənib.

Modern.az xəbər verir ki, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştrak etmək üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyası tərəfindən rəsmi şəkildə qeydiyyata alındım. Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm”, - Günay Ağamalı bildirib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Geri qayıt