Əsas Səhifə > Partiya, Güney Press > Ceyhun Məmmədovun namizədliyi qeydə alındı

Ceyhun Məmmədovun namizədliyi qeydə alındı


29-07-2024, 09:54
Ceyhun Məmmədovun namizədliyi qeydə alındı
Ceyhun Məmmədovun 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə 7-ci çağırış Milli Məclisə deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Modern.az-a C.Məmmədov məlumat verib.

O, növbəti dəfə parlamentdə Cəbrayıl və Qubadlını təmsil etməyin böyük qürur və şərəf olduğunu bildirib.

Xatırladaq ki, C.Məmmədovun 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irləi sürülüb.

C.Məmmədov 6-cı çağırış Milli Məclisdə də 120 saylı seçki dairəsini təmsil edib.

Ceyhun Məmmədovun namizədliyi qeydə alındı

Geri qayıt